AZ

Azərbaycan Kuboku: "Neftçi" darmadağınla mərhələ adladı

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

"Ölkə.az" xəbər verir ki, raundun son oyununda “Neftçi” meydançaya çıxıb.

“Ağ-qaralar” I Liqa təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib. “Neftçi Arena”da baş tutan matçda sensasiya baş verməyib. “Neftçi” doğma arenasında rəqibini 4:0 hesabı ilə darmadağın edib. Elita komandasının heyətində 23-cü dəqiqədə penaltidən Aaron Olanare, 77-ci dəqiqədə Yeqor Boqomolski, 80-ci dəqiqədə Andre Şinyaşiki fərqləniblər. "Qaradağ Lökbatan"da Murad Qayalı 72-ci dəqiqədə avtoqol müəllifi olub.

“Neftçi”nin 1/4 finaldakı rəqibi “Sumqayıt” olacaq. Bu mərhələnin oyunları yanvarın 30-31-də və fevralın 6-7-də keçiriləcək.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ”, “Səbail”, “Zirə” və “Qarabağ” 1/4 finala yüksəliblər.

Seçilən
188
14
Mənbələr
Şərh ()
Bağla