AZ

ABŞ və bir sıra Avropa ölkələri müharibəyə girməyə hazırlaşırlar...

...Rusiyanın Ukraynaya qarşı müharibəsi nə qədər davam edəcək, Rusiya prezidenti Vladimir Putini hansı gələcək gözləyir, ABŞ və Avropa ölkələrinin Ukrayna ərazisində müharibədə iştiraka hazırlığı barədə Gürcüstanın keçmiş prezidenti, Ukrayna vətəndaşı, hazırda Gürcüstanda həbsdə olan Mixail Saakaşvili “Qordon”a müsahibəsində danışıb. SİA bu barədə Belarus saytlarına istinad edir.

Beləliklə, Saakaşviliyə görə, Putinbu gün yalnız Qərbdə baş verə biləcək dəyişikliklərə ümid edir. Çünki o, Ukraynanı məğlub edə bilməz. İnanıram ki, müharibə əbədi də davam edə bilməz. Ona görə də mən bu proqnozlarla razılaşmıram. Yəni daha üç, dörd, beş - bir neçə qeyri-mümkün il olacaq. Düşünürəm ki, bu kifayət qədər tez bitəcək. Ona görə də dayanmalıyıq...

...Məndə olan məlumata görə, ABŞ və bir sıra Avropa ölkələri birbaşa Ukrayna ərazisində müharibəyə girməyə hazırlaşır. Onlar Amerika Birləşmiş Ştatlarının cənubunda bu istiqamətdə təlim keçirlər.Eyni zamanda, bunlar təkcə hava əməliyyatları deyil, quru qoşunlarının göndərilməsi nəzərdən keçirilir və hazırlanır.

Maraqqlıdır ki, Saakaşvili dediklərinə əsas da gətirir. Onun dediyinə görə, çoxlarının yadında qalmış olar. O vaxtABŞ prezidenti Cozef Bayden tammiqyaslı işğalın ilk günlərində Polşada olarkən Ukraynanın heyrətamiz ölkə olduğunudemişdi. O, daha sonra hərbçilərinə “...Siz tezliklə orada olacaqsınız və bunu öz gözlərinizlə görəcəksiniz” –deyə əlavə etmişdi.

...Ona görə də bu plan mövcuddur. Böyük Britaniya da, Polşa da bu barədə danışır. Düşünürəm ki, biz döyüş meydanında tək olmayacağıq. Qərb isə - NATO ölkələri də bizimlə bu müharibədə olacaq. Və bu, tezliklə baş verəcək. Çünki Qərb uğursuzluğa düçar ola bilməz. Bu mümkün deyil. Və buna görə də o, Ukraynanı tək qoymamağa məcbur olacaq.

Qeyd edək ki, Saakaşvili Putinin gələcəyi ilə bağlı da “proqnoz” verib.

Beləliklə, “proqnoz”una görə, Haaqada verilmiş order, eləcə də onu gözləyən yeni orderlər Putinin taleyini həll edəcək.Əgər onu öz adamları öldürməsə, o zaman öz dövründəki Miloşeviç kimi, Balkanların digər liderləri kimi o da Haaqada qalacaq. Mənim buna heç bir şübhəm yoxdur.

Saakaşvili bildirib bunu.

Ağasəf Babayev

Seçilən
310
50
Mənbələr
Şərh ()
Bağla