AZ

Məşhur futbolçu gecə klubunda güllələndi - FOTO

"Torino"nun sabiq futbolçusu Rozolino Selesiya İtaliyanın Palermo şəhərindəki gecə klublarından birində güllələnib.

Bakıvaxtı.az  bildirir ki, 22 yaşlı italiyalı xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.

Futbolçuya boyun və döş qəfəsindən üç dəfə atəş açılıb. Hadisə gecə klubunun tualetində baş verib. Polis cinayəti törətməkdə şübhəli bilinən biri 17, digəri 22 yaşında olan iki qardaşı saxlayıb.

Qeyd edək ki, Selesiya "Torino"nun gənclərdən ibarət klubunda oynayıb və ardınca karyerasını bitirib./idmanbiz

Seçilən
241
3
Mənbələr
Şərh ()
Bağla