Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ı dövlət borcunun 34 trilyon dolları ötməsi münasibətiylə təbrik edib.
Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazı dərc edib.
“ABŞ-ın dövlət borcu 34 trilyon dolları keçib. Yeni iliniz mübarək!", - XİN sözçüsü yazıb.
Qeyd edək ki, ABŞ-ın dövlət borcu 34 trilyonu ötüb.