AZ

Sabirabad sakininin evindən 4 kiloqramdan artıq narkotik aşkarlanıb - Vətən Naminə

">
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan VETENNAMİNE.AZ-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Ulacalı kənd sakini Taleh Mikayılov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı iki kibrit qutusunda qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı isə çəkisi 4 kiloqramdan artıq olan marixuana götürülüb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Vətən Naminə Mətbuat Xidməti
Seçilən
187
41
Mənbələr
Şərh ()
Bağla