Yanvarın 6-da saat 07 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər DYP İdarəsindən 1news.az-a bildirilib ki, “Mercedes” markalı avtomobil yolun piyada keçidi olmayan hissəsində 1963-cü il təvəllüdlü Kərimova Səyyara Misir qızını vurub. Göstərilən müdaxilələrə baxmayraq qadın hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.