AZ

Türkiyənin XİN başçısı Bolqarıstanda səfərdədir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstanda səfərdədir. SİA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, nazir Türkiyənin Sofiyadakı səfirliyində Haqq və Azadlıqlar Hərəkatının həmsədr namizədləri Cövdət Çakırov və Delyan Peevski ilə görüşüb.

“TRT Haber”ə görə, XİN başçısı səfər çərçivəsində Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriellə görüşəcək, habelə ölkə Prezidenti Rumen Radev və Baş nazir Nikolay Denkovun qəbulunda olacaq. Qeyd edək ki, Haqq və Azadlıqlar Hərəkatı üzvləri əsasən Bolqarıstanın türkəsilli vətəndaşlarından ibarət olan siyasi partiyadır. Partiya Bolqarıstanın parlamentində 240 yerdən 36-nı tutub.

Seçilən
179
2
Mənbələr
Şərh ()
Bağla