AZ

Fidan Bolqarıstanda: mühüm görüşlər keçirdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstanda səfərdədir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazir Türkiyənin Sofiyadakı səfirliyində Haqq və Azadlıqlar Hərəkatının həmsədr namizədləri Cövdət Çakırov və Delyan Peevski ilə görüşüb.

“TRT Haber”ə görə, XİN başçısı səfər çərçivəsində Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriellə görüşəcək, habelə ölkə Prezidenti Rumen Radev və Baş nazir Nikolay Denkovun qəbulunda olacaq.

Seçilən
208
2
Mənbələr
Şərh ()
Bağla