AZ

Məşhur rusiyalı aktyor xəstəxanaya yerləşdirilib

Rusiyalı aktyor Mixail Boyarski planlı şəkildə müalicə üçün Sankt-Peterburqdakı Mariinski xəstəxanasına yerləşdirilib.

Qeyd olunur ki, sənətçi koronar angioqrafiya və stentləmə əməliyyatlarından keçməli olacaq.

Noyabrın sonunda Boyarski infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilib. O, bir həftə xəstəxanada olub və dekabrın əvvəlində evə buraxılıb.

Xatırladaq ki, Mixail Boyarskinin 74 yaşı var. Aktyor “Lensovet” Teatrında tamaşalarda iştirak edir, baxmayaraq ki, 2023-cü ildə yaşı və səhhəti ilə əlaqədar karyerasını bitirmək niyyətini açıqlamışdı.

Mənbə: osnmedia.ru

Seçilən
180
2
Mənbələr
Şərh ()
Bağla