AZ

Monqolustanın eks-prezidenti Putinin Taker Karlsona müsahibəsini lağa qoydu

Monqolustanın keçmiş prezidenti Saxiaqiyn Elbeqdorj Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəyə reaksiya verib. Monqol siyasətçisi qeyd edib ki, o, Rusiya ərazilərinin də daxil olduğu "Monqol İmperiyasının tarixi xəritələrini tapıb”.

Qaynarinfo xəbər verir ki, Saxiaqiyn Elbeqdorj bu barədə bazar ertəsi, fevralın 12-də özünün X (Twitter) səhifəsində yazıb.

"Putinin çıxışından sonra. Monqolustanın tarixi xəritəsini tapdım. Narahat olma. Biz sülhsevər və azad xalqıq”, - deyə Monqolustanın keçmiş prezidenti istehza ilə qeyd edib.
Qeyd edək ki, fevralın 8-də Putin amerikalı teleaparıcı Taker Karlsona müsahibə verib.
İki saat ərzində Putin hələ də Ukraynanı bir dövlət kimi məhv etməyə çalışdığını nümayiş etdirib, Ukrayna və ukraynalılar haqqında yalançı psevdotarixi tezislər səsləndirib və absurd şəkildə Rusiyanı müharibədə zərər çəkən tərəf adlandırıb. 

ABŞ prezident administrasiyası Putinlə müsahibənin "sadəcə gərəksiz” olduğunu bildirib.

Xatırladaq ki, Taker Karlson dəfələrlə Ukrayna haqqında yalan və Rusiya təbliğatı yayıb. 2023-cü ilin aprelində Fox News-dan ayrılıb, bundan sonra X sosial şəbəkəsində öz şousunu başladıb.


Alpər
Seçilən
174
44
Mənbələr
Şərh ()
Bağla