AZ

Avropa çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb

Azərbaycanın iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.

Aznews.az xəbər verir ki, Rəşad Məmmədov (55 kq) yarımfinalda gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumiaya (5:1) qalib gəlib.

Murad Məmmədov (63 kq) finala gedən yolda Ənvər Allahyarovu (AİN) (3:3) xalların keyfiyyətinə görə üstələyib.

İslam Abbasov (87 kq) Aleksandr Komarova (Serbiya) uduzduğu (1:3) üçün bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Yarımfinalda Türkiyə təmsilçisi Rza Kayaalpa yenilən Beka Kandelaki (130 kq) də medal şansını davam etdirir.

Seçilən
86
8
Mənbələr
Şərh ()
Bağla