AZ

Çinin elektrik avtomobil istehsalçısı müflis ola bilər

Çinin premium elektrik avtomobilləri istehsalçısı HiPhi maliyyə problemlərinə görə müflis ola bilər.Bu barədə Carnewschina.com xəbər verir. Şirkətin qeyri-stabil mövqeyi ilə bağlı şayiələr 2024-cü ilin əvvəlində ortaya çıxıb. Belə ki, 2024-cü ilin yanvarında şirkət işçilərinə maaşların ödənilməsini gecikdirib, 2023-cü ildə fəaliyyətin nəticələrinə görə mükafatları ləğv edib, həmçinin top-menecerlərinin maaşlarını azaldıb.

Yanvar ayında da HiPhi avtomobillərinin istehsalının və tədqiqat-konstruktor işlərinin dayandırılması ilə bağlı söz-söhbətlər də yayılmağa başladı.

Bu xəbərlərə cavab olaraq HiPhi nümayəndələri şirkətin fəaliyyətini davam etdirdiyini bildirdilər. HiPhi Çinin Human Horizons şirkətinin premium brendidir. Markanın ilk elektrikli avtomobili HiPhi X-in satışı 2021-ci ildə başlayıb.

AzVision.az

Seçilən
141
13
azvision.az

10Mənbələr