AZ

Dmitri Medvedev Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Səsvermənin nəticələri Azərbaycanın qarşısında xidmətlərinizin təsdiqinin, əhalinin rifahının yüksəlməsinə, beynəlxalq aləmdə ölkənin nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş kursunuza birmənalı dəstəyin əyani sübutudur.

Rusiya ilə Azərbaycan arasında geniş əməkdaşlığın inkişafına Sizin şəxsi töhfəniz çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, müttəfiqlik qarşılıqlı əlaqələrinin gələcəkdə də hərtərəfli genişləndirilməsi xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

Hörmətli İlham Heydər oğlu, Sizə yeni uğurlar, Azərbaycan vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzu edirəm".

Seçilən
103
34
Mənbələr
Şərh ()
Bağla