AZ

Putin Bayden və Tramp arasında seçim etdi: Prezident kim olsun?

Rusiya istənilən Amerika prezidenti ilə işləməyə hazırdır, lakin Rusiya üçün bu postda keçmiş lider Donald Trampdan çox, indiki prezident Co Baydeni görmək üstünlük təşkil edir. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinlə söhbəti zamanı ABŞ-da keçiriləcək seçkiləri şərh edərkən deyib. Stenoqram Kremlin saytında dərc olunub.

"Bayden daha təcrübəli və proqnozlaşdırıla bilən şəxsdir, o, köhnə formasiyanın siyasətçisidir”, deyə Putin qeyd edib. 

Onun sözlərinə görə, Rusiyanın keçmiş lider Donald Trampdansa onu prezident kimi görməsi daha üstündür. "İndi ABŞ-da seçki kampaniyası daha kəskin formalar alır və bu prosesə müdaxilə etməyin mənası yoxdur", deyə Putin əlavə edib.

Putin ABŞ liderinin səhhətinin pisləşməsi ilə bağlı xəbərlərə də münasibət bildirib. "İsveçrədə Baydenlə görüşəndə, bu, üç il əvvəl idi və hələ onda onun iş qabiliyyətini itirmiş olması barədə danışırdılar. Mən heç vaxt belə bir şey görməmişəm”, deyə Putin izah edib.

Alpər

Seçilən
187
50
Mənbələr
Şərh ()
Bağla