AZ

"Cənab Blinken bizim adamdır, amma nahaq yerə bunu açıq bəyan edir..." - Putin

 
"Mən kəskin suallara hazır idim və bunu istəyirdim, amma bu, baş vermədi və müsahibədən heç birimiz məmnun qalmadıq..."
 
"Bayden bizim üçün Trampdan daha sərfəlidir, çünki o, daha proqnozlaşdırılan adamdır..."
 
Putun Karlsonla müsahibədən sonra nələrdən danışıb
 
Dünən axşam Rusiya hakimi Vladimir Putin özünün saray jurnalisti Pavel Zarubinlə fevralın 6-da amerikalı jurnalist Taker Karlsonla müsahibəsini müzakirə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri yazıb.
 
Söhbətin yekunları və tamaşaçıların münasibətini şərh edərkən Putin bəyan edib ki, bütün şərhçilər onun sözlərini təhrif edir, söhbət zamanı "kəskin cavablar" eşitməmək üçün, guya, qəsdən belə taktika seçən Karlsonu "təhlükəli adam" adlandırır.
 
Putinin sözlərinə görə, o, tamamilə başqa suallara hazırlaşıb və "kəskin" cavablar vermək niyyətində olub ki, bu da müsahibəyə lazımi "çalarlar" verə bilərdi.
 
"Mən nəinki buna hazır idim, mən bunu istəyirdim", - Kreml rəhbəri əmin edib və əlavə edib ki, nəticədə həmsöhbətlərdən heç biri müsahibədən "tam məmnun" qalmayıb.
 
Zarubinin Karlsonun, guya, ABŞ-da mümkün həbsi barədə replikasına cavabında Putin bəyan edib ki, "bu, heç də pis olmazdı".
 
"Qoy insanlar "bu gün ABŞ-ın hakim sinfində təmsil edilən müasir liberal-demokratik diktaturasının nə demək olduğunu anlasın. Onlar bunula özlərinin əsl simasını göstərərdilər", - Rusiya lideri deyib.
 
ABŞ rəhbərlərindən onun üçün kimin-Bayden, yoxsa onun sələfi Trampın daha sərfəli olduğu barədə suala cavabında Putin deyib: "Bayden daha sərfəlidir, çünki o, daha proqnozlaşdırılan adamdır".
 
Kreml rəhbəri həmçinin Taker Karlsonla müsahibədən sonra nədən danışdığı barədə məlumat verib.
 
"Onunla toxunduğumuz mövzulardan biri millətlərarası hadisələr, elə həmin yəhudi talanları ilə bağlı Rusiyanı şeytan cildində göstərmək cəhdləri barədə olub", - Putin deyib.
 
O, izah edib ki, bu mövzuya ABŞ Dövlət katibi Entoni Blinkenin ulubabasının yəhudi talanları səbəbindən Rusiyadan qaçması barədə sözləri ilə əlaqədar toxunulub.
 
"Dünyanın müxtəlif ölkələrində, Avropada, Birləşmiş Ştatlarda bu mövzu daima qaldırılır. Məqsəd də Rusiyanı şeydan cildində təqdim etmək, burada yaramazların, barbarların, quldurların yaşadığını göstərməkdir...
 
Bizdə bunların hamısı arxivdədir, cənab Blinkenin ulubabası həqiqətən Rusiya imperiyasından gedib, o, haradasa Poltava quberniyasında doğulub, orada yaşayıb və sonra Kiyevə gedib.
 
Sual olunur: cənab Blinken hesab edir ki, bu, əzəli Rusiya ərazisidir? Kiyev Rusiya ərazisidir?" - Putin gülümsəyərək sual edib.
 
"Hər şeydən göründüyü kimi, cənab Blinken bizim adamdır. Amma nahaq yerə belə açıq bəyanatlar verir. Bu, iflasa gətirib çıxara bilər", - o, əlavə edib.
 
Putin əmin edib ki, XX əsrin əvvəlində bütün yəhidi talanları müasir Ukraynanın ərazisində baş verib.
 
"Əsas talanlar Odessa, Melitopol, Jitomir və bügünkü Ukraynanın digər şəhərlərində baş verib", - Kreml rəhbəri deyib.
 
Əlavə edək ki, yəhudi talanları Rusiya imperiyasının bütün ərazisində, o cümlədən Nijni Novqorod, Rostov-Don, Krasnoyarskda baş verib.
Seçilən
174
27
Mənbələr
Şərh ()
Bağla