AZ

İçkili qadın içkili ərini bıçaqlayıb...

Sankt-Peterburqda arvad ailə ziyafətindən sonra əri ilə mübahisə edib və onun qarnını yarıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında Buxarestskaya küçəsində baş verib.

Qeyd olunur ki, 41 yaşlı qadın 35 yaşlı əri ilə spirtli içki qəbul edib.

…Və sonradan ər-arvad arasında mübahisə düşüb. Qadın bıçaq götürüb və bıçaqla kişinin qarnına vurub.

Qadın tez bir zamanda saxlanılıb.

Zərərçəkmiş qarın nahiyəsindən zədə və daxili orqanların zədələnməsi ilə reanimasiyaya yerləşdirilib. Kişinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Yei gəlmişkən, ötən gün, Omskda yatmış nəvəsinin başına çəkiclə vuran nənə, daha sonra isə özünü də bıçaqla vurmuşdu.

Nazlı

Seçilən
199
50
Mənbələr
Şərh ()
Bağla