AZ

“Ukraynada qalsa idi, mütləq qorunacaqdı” - Kiyevdən qətlə yetirilən rusiyalı pilotla bağlı açıqlama

Xəbər verildiyi kimi, dünən günorta saatlarında bir çox internet resurslarında ötən il Rusiya ordusuna aid Mi-8 hərbi helikopterini Ukraynaya qaçırdan rusiyalı pilot Maksim Kuzminovun İspaniyada ölü tapıldığı barədə məlumat yayılıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi onun ölüm faktını təsdiqləyib.“AzPolitika.info” xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov rəsmi Kiyevin Maksim Kuzminova Ukraynada qalmağı təklif etdiyini, lakin pilotun öz istəyi ilə ölkədən getdiyini bildirib. Danilov da İspaniyada rusiyalı pilotun öldürülməsi xəbərinə münasibət bildirərib. O, İspaniya hüquq-mühafizə orqanlarının rəsmi nəticələrini gözləməyə çağırıb. Danilovun sözlərinə görə, belə hadisələrdə iştirak edən insanlar ayıq-sayıq olmalıdırlar: "Ölkəmizin təklifi onun Ukraynada qalması idi. O, burada mütləq qorunacaqdı. Mən hesab etmirəm ki, burada İspaniyada olduğu kimi, belə bir hadisə törədə bilərdilər".“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
8
azpolitika.info

10Mənbələr