AZ

Belarus “Şimal-Cənub” dəhlizi vasitəsilə İrana yüklərin çatdırılması üçün üç sxem hazırlayıb

“Belarusun Nəqliyyat və Rabitə Nazirliyi "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə yük konteynerlərinin İrana çatdırılması üçün üç marşrut hazırlayıb”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu idarənin rəhbəri Aleksey Lyaxnoviç deyib.

“Qərb marşrutu yüklərin dəmir yolu ilə Azərbaycan və İran sərhədindəki Astara stansiyasına, daha sonra isə avtomobil yolu ilə İran alıcılarına daşınmasını, mərkəzi marşrut dəmir yolu ilə Həştərxan vilayətinin limanlarına daşınmasını nəzərdə tutur. Orada onlar dəniz nəqliyyatına yüklənəcək və İranın Bəndər-Ənzəli limanına çatdırılacaq. Şərq marşrutu üzrə konteynerlər dəmir yolu relsləri ilə Akyayla (Türkmənistan) sərhəd stansiyalarına qədər hərəkət edəcək. Daha sonra onlar İrana göndəriləcək”, - o vurğulayıb.

Nazir xatırladıb ki, Belarus ixrac yüklərinin daşınması üçün Rusiyanın 20 limanından istifadə olunur: “Yük daşımaları Rusiyanın Şimal-Qərb regionunun limanları, cənub dənizlərinin limanları, Çin, Asiya ölkələri istiqamətində quru yolları, habelə İran və Hindistan istiqamətində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən istifadə edən marşrutlar, Xəzər dənizinin limanları və bir sıra digər istiqamətlər üzrə həyata keçirilir”.

Seçilən
492
41
report.az

10Mənbələr