AZ

Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi HƏBS OLUNUB

Bakı. Trend:

Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Hərbiprokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətininrəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib

O qeyd edib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsininmühasibi vəzifəsində qulluq keçmiş Əliyev Alı İsrayıl oğlununvəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxshalında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə(hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsənkülli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslışübhələr olduğundan, ona Azərbaycan Respublikası CinayətMəcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittihamelan olunmuş və Bakı hərbi məhkəməsinin qərarına əsasən barəsindəhəbs qətimkan tədbiri seçilib.

"Hazırda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaqidarəsində istintaq davam etdirilir və qanunvericiliyin tələblərinəuyğun olaraq iş üzrə bütün halların hərtərəfli, tam və obyektivaraşdırılması, eləcə də hər bir fakta və əmələ hüquqi qiymətverilməsi təmin ediləcəkdir", - F. Əliyev qeyd edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
41
az.trend.az

10Mənbələr