AZ

Araz Ağalarov terror aktından danışdı - VİDEO

“Crocus City Hall”un sahibi Araz Ağalarov ötən gün konsert zalında törədilmiş terror aktına münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, iş adamı RBK-ya açıqlamasında baş verənləri dəhşətli faciə adlandırıb: “Deyildiyi kimi, son 20 ildə belə bir hadisə olmayıb. Terrorçular zala qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar.

 

Avtomatlarla gördükləri hər şeyə atəş açmağa başlayıblar, bütün insanlara, mühafizəçilərə... Bir mühafizəçi həlak olub, digəri yaralıdır”.

 

Qeyd edək ki, terror aktı nəticəsində 133 nəfər həlak olub, 107 nəfər xəsarət alıb.

 

Daha ətraflı videomaterialda:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
372
50
sfera.az

10Mənbələr