Türkiyəli məşhurlar Ramazan bayramında verəcəkləri konsertlərdən milyonlar qazanacaqlar.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, konsertdən ən çox qonorarı meqastar Tarkan qazanacaq.
Ona konserti müqabilində 16 milyon lirə (təxminən 841 600 AZN) veriləcək.
Ajda Pekkan bayram konsertindən 5 milyon lirə (təxminən 263 min AZN) qazanacaq.
Müğənnilər Sibel Canla Hadise 3 milyon lirəyə (təxminən 157 min 800 AZN) səhnə alacaqlar.
Hazırda təqaüddə olan müğənni Yıldız Tilbe isə konsertindən 2.5 milyon lirə (təxminən 131 500 AZN) gəlir əldə edəcək.