AZ

BDU-da “Aprel döyüşləri – Zəfərə aparan yol” adlı kitab sərgisi açılıb

BDU-da

Bakı, 3 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında “Aprel döyüşləri – Zəfərə aparan yol” adlı kitab sərgisi təşkil edilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə Aprel döyüşlərinin başlanma səbəbləri, nəticələri, tarixi əhəmiyyəti, tarixi Zəfərimizin əldə olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi, uzaqgörən hərbi və siyasi strategiyası, Azərbaycan əsgərinin rəşadəti, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolunu əks etdirən, bugünkü gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyəti olan 30-a yaxın kitab nümayiş olunur.

Nümayiş olunan nəşrlər sırasında BDU-nun 2021-ci ildə işıq üzü görən “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”, “Bakı Dövlət Universiteti Vətən müharibəsi dövründə”, “Tarix yazan məzunlar” və s. kimi kitablar da yer alır.

Qürur mənbəyimiz olan Aprel döyüşləri haqqında oxuculara dolğun məlumat verən sərgi həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1421
1
azertag.az

2Mənbələr