AZ

Dünyada ən qısa nikah nə qədər davam edib?

Ən uzun nikah birliyinin 90 il davam etdiyini söyləyirlər. 

Maraqlıdır bəs, ən qısa ömürlü nikah nə qədər olub?

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hal Küveytdə baş verib.

Gənc ailə cəmi 3 dəqiqə evli qalıblar. Boşanmaya səbəb yeni ərin gəlinə ünvanladığı təhqiramiz ifadə olub. Belə ki, qadın yeriyərkən büdrəyib və bu zaman kişi onu "axmaq” adlandırıb.

Qadın kobud ərinin istehzasına daha dözə bilməyəcəyinə dəqiqləşdirib və zalı tərk etmədən dərhal boşanmaq üçün ərizə verib. Hadisə nəticəsində cütlük qeydiyyatdan cəmi 180 saniyə sonra nikahlarının bitdiyini açıqlayıb.

Eyni zamanda, dünya tarixinin ən az nikahı kimi tanınıb.

Seçilən
205
49
lent.az

10Mənbələr