AZ

Peres Mora öldü, Alfred Tinnisvud dünyanın ən yaşlı adamı oldu - FOTO

Venesuela sakini Xuan Visente Peres Mora 115 yaşına həftələr qalmış vəfat etdiyinə görə, 111 yaşlı Con Alfred Tinnisvud  "dünyanın ən yaşlı adamı" titulunu alıb.

Gundem.az xəbər verir ki, 26 avqust 1912-ci ildə Liverpulda anadan olan Tinnisvudun bu titulla Ginnesin Rekordlar Kitabına düşdüyü ötən cümə açıqlanıb.





Siqaret çəkməyən və nadir hallarda spirtli içki qəbul edən Tinnisvud uzun ömür sürməyin sirri ilə bağlı suala "Məncə, hər şey şansdır" cavabını verib.

Sertifikatını alarkən o, Ginnes nümayəndələri ilə danışaraq “Ya uzun yaşayarsan, ya da qısa, bunun üçün edə biləcəyin çox şey yoxdur” deyərək, həyatda “mülayim olmağı” tövsiyə edib.

Seçilən
250
49
gundem.az

10Mənbələr