AZ

Azərbaycanın subay MƏŞHURLARI - FOTOlar

Tarix: 10 Aprel 2024 03:05

Milli.Az lent.az-a istinadən sultanlıq taxtından enməyən məşhurlaımızı təqdim edir:
34 yaşlı aktrisa və aparıcı Kəmalə Piriyeva hələlik evlənmək arzusunda deyil.

33 yaşlı müğənni Günay İbrahimli də hələlik həyatına heç kimi qəbul eləmir.

55 yaşlı aşıq Telli Borçalı vaxtilə onu döyə biləcək güclü bir kişi ilə ailə quracağını desə də, hələ elə bir qoçaq tapılmayıb.

40 yaşına çatan müğənni Azəri qızı Günel 3 dəfə evlənməyə cəhd etsə də, nikah masasına oturmayıb.

44 yaşlı aparıcı Nanə Ağamalıyevanın da könlünü ovlayan qəhrəman tapılmayıb.

62 yaşlı müğənni Şəbnəm Tapdıq indiyə qədərki ömrünü subay olaraq yaşayıb.

53 yaşlı müğənni və pedaqoq Teymur Əmrah da tənhalığa üstünlük verib.

56 yaşlı müğənni Samir Bağırov da evlənmədən yaşlanır.

44 yaşlı müğənni Samir Cavadzadə də subaylar karvanının üzvüdür.

40 yaşlı aparıcı Samir Bayramlı ailə qurmağı düşünsə də, hələlik evlənmir.

54 yaşlı müğənni Mətanət Əsədova sevgilisi olduğunu desə də, ailəli deyil.

Azərbaycan mədəniyyətində iz qoymuş bir çox klassik sənətkarlarımız da subay yaşayıb, dünyadan subay köçüblər.

Xanəndə Seyid Şuşinski. 76 yaşında dünyasını dəyişib. Gəncliyində sevgi oxu daşa dəydiyindən ömürlük subay qalıb.

İlk qadın bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayeva. 63 yaşında Bakıda dünyasını dəyişib. Xanım bəstəkarın həmkarlarından biriylə cavabsız sevgi yaşadığı deyilir.

Azәrbaycanın ilk pianoçu-pedaqoqu, SSRİ xalq artisti Kövkəb Səfərəliyeva. 78 yaşında vəfat edib. 23 yaşında qəfil xəstəlikdən dünyasını dəyişən Asəf Zeynallı ilə sevgili olub, sevgilisinin vaxtsız ölümündən sonra heç kimə könül verməyib.

Şair Məhəmməd Hadi 41 yaşında subay olaraq dünyasını dəyişib.

Hüseyn Cavidin qızı Turan Cavid. 77 yaşında dünyasını dəyişib. Ənvər Məmmədxanlı ilə sevgili olub. Atası xalq düşməni elan edilməsinə görə bu evlilik baş tutmayıb.

Yazıçı Ənvər Məmmədxanlı 77 yaşında dünyadan köçüb. Turan Cavidlə sevgili olub.

Akademik Azad Mirzəcanzadə 80 yaşında həyatdan subay  köçüb.

Azərbaycan xalq rəssamı Səttar Bəhlulzadə. 64 yaşında dünyasını dəyişib. Heç vaxt evlənməyib.

Rejissor Arif Babayev 54 yaşında dünyasını subay olaraq dəyişib. 
Milli.Az

Seçilən
501
2
sonxeber.net

3Mənbələr