Rafael Nadal kortlara qələbəylə geri dönüb.
İdmanxeber.az məlumat verir ki, ispaniyalı tennisçi Barselonada keçirilən turnirdə ilk oyununda Flavio Kabolli ilə qarşılaşıb. Keçmiş dünya 1 nömrəsi rəqibini 2 setdə məğlub edib – 6-2, 6-3.
Nadal növbəti turda Aleks De Minaurla üz-üzə gələcək.
ATP 500 turniri olan “Barcelona Open”i Nadal daha öncə 12 dəfə qazanıb. Son 2 ildə bu turniri qazanan Karlos Alkaras zədə səbəbindən bu il iştirak edə bilmir.