"Yaradılacaq süni torpaq sahələri bahalı layihələr kimi qiymətləndirilir. Sahildə olan qiymətlərlə adada olan qiymətlər arasında kəskin fərq olacaq. Məsələn turist adada tikilən otelin qiyməti baha olduğu üçün sahildə yerləşən xidmətdən istifadə edəcək. Bir ada düzəldib sahil zolağına dağları uçurmağa dəyərmi? O torpağı zolaqlardan gətiricəyik. Onlar da illərlə özünü formalaşdıran təpəciklərdir”, - deputat aprelin 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Gülnar Nazimqızı
www.anews.az