AZ

Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - VİDEO

"Gənclik Mall" TM-də yerləşən "CineMastercard" premium kinoteatrında Qorqudun ifasında "Bridges in the dark" mahnısının təqdimatı keçirilib. Bu ifa "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün təqdim edilən 6 namizəddən biri idi.Bridges in the dark - qaranlığa işıq saçan sönməyən ümidlər haqda bir balladadır. Mahnıda sevgi - ölçüsündən asılı olmayaraq hər körpünü aşa bilmə bacarığı, bu arzu üçün çırpınmağa qanadlandıran əsas ilham mənbəyidir. Sözləri həyatda qovuşa bilməyənlərin ömründə körpülərə çevrilən insanların olmasından bəhs edir.Mahnının bəstəsi Qorquda, sözləri Nurlana Cəfərovaya aiddir. Aranjiman Əzim Qarayev və Rüstəm Rzayev, səs rejissoru Rüstəm Rzayev, bekvokal prodüseri Mila Miles, bekvokalı ifa edir Mado Salikh.Layihənin rəhbəri Nurlana Cəfərovadır. Quruluşcu operator və dron operatoru Faiq Şirinbəyli, operator Zeynal Əkbər, montaj və rəng korreksiyası Rəşad Həsənov, operator assistenti Ramin Ağayev, stilist Şamxal Ramazanlı, qrim Em Adgezalli, rəqqaslar "Nero Dance Crew" - Kamil Bayramov və Sara İsmayılova.Qeyd etmək istərdik ki, Qorqud (Elvin Novruzov) 1992-ci ildə, Gəncə şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olur.2015-ci ildə Azərbaycanda ilk dəfə keçirilən lisenziyalı "The Voice of Azerbaijan" layihəsinə qatılaraq, yarımfinaladək yüksəlib.2016-ci ildə öz yeni "Hypnotize" adlı mahnısını Ukraynanın Perşi kanalının yeni il efirində təqdim edib.2018-ci ildə "Dərdverən", "Qalib ol" adlı mahnıları işıq üzü görüb.2023-cü ildə Aygün Kazımovanın "Qoy işığı söndürüm" mahnısını Nərmin Kərimbəyova ilə yenidən ifa edib.Həmin ildə Azərbaycanı Belarusiyada keçirilən "Славянский Базар" adlı musiqi festivalında təmsil edib.Ümid edirik ki, Qorqud bundan sonra da yaradıcılığı ilə bizi sevindirəcək.

Seçilən
568
1
azadmedia.az

2Mənbələr