AZ

Tümendə 3 mindən çox insan təxliyə edildi - SƏBƏB

Rusiyanın Tümen vilayətində daşqın zonasından 3 mindən çox insan təxliyə edilib, 418 nəfər müvəqqəti yaşayış mərkəzlərinə yerləşdirilib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

“Ümumilikdə, Tümen vilayətində 17 yaşayış məntəqəsi və 4 bağçılıq qeyri-kommersiya birliyində 98 ev, 444 bağ evi, həmçinin 646 şəxsi torpaq sahəsini su basıb, 418 nəfər müvəqqəti yaşayış mərkəzlərinə yerləşdirilib, onlardan 130 uşaqdır”, - mətbuat xidmətindən bildirilib.

FHN-də əlavə ediblər ki, işlərə cəlb olunan qüvvə və vasitələrin ümumi qrupu 3,1 min nəfər və 742 texnikadan ibarətdir.

Aprelin 20-də TASS əməliyyat xidmətləri 717-si uşaq olmaqla, 2801 nəfərin təxliyə edildiyini bildirib.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
2
oxu.az

3Mənbələr