AZ

"Qalatasaray"dan parlaq qələbə...

Tarix: 22 Aprel 2024 06:40

Türkiyə Superliqasında XXXIII turun növbəti oyunları keçirilib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" doğma meydanda "Pendikspor"la qarşılaşıb.
Görüş İstanbul nəhənginin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyunlarında "Başakşəhər" "İstanbulspor"u 2:0, "Antalyaspor" "Hatayspor"u 2:1, "Qaziantep" isə "Kasımpaşa"nı 2:0 hesabı ilə məğlub edib.
Hazırda turnir cədvəlinə 90 xalla "Qalatasaray" başçılıq edir. Rəqibindən bir oyun az keçirən "Fənərbağça" 85 xalla ikinci, 55 xallı "Trabzonspor" isə üçüncü pillədə qərarlaşıb.
Milli.Az

Seçilən
78
7
sonxeber.net

8Mənbələr