AZ

Suriyada ABŞ hərbi aerodromuna raket zərbəsi endirildi

Tarix: 22 Aprel 2024 07:54

"İraqın İslami Müqavimət" hərəkatına aid silahlı birləşmələr Suriyadakı bazalarda yerləşən ABŞ qüvvələrinin istifadə etdiyi Harrab əl-Cəirdəki hərbi aerodromu raket atəşinə tutub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd olunur ki, zərbə İraq ərazisindən Mosul şəhərinin şimal-qərbindəki Həməd Ağa bölgəsindən (Bağdaddan 400 km aralıda) endirilib.
Verilən məlumata görə, aerodromda bir neçə güclü partlayış səsi eşidilib və qatı tüstü səmaya qalxıb.
Xatırladaq ki, daha əvvəl bu hərbi obyektə kamikadze pilotsuz uçan aparat tərəfindən hücum edilib.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
5
sonxeber.net

10Mənbələr