AZ

Politoloq Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərini müqayisə etdi

"Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması Moskva və Bakı arasında münasibətlərin sınağı oldu”.

Bu fikirləri News.ru-ya müsahibəsində politoloq, Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov deyib.

O vurğulayıb ki, iki ölkə arasında münasibətlər bu sınaqdan uğurla çıxıb.

"Moskva ilə Bakı arasındakı münasibətlər bu çətin məqamda sınaqdan çıxdı və öz gücünü, faydalılığını təsdiq etdi. Sülhməramlıların çıxarılması vaxtından əvvəl və müstəsna olaraq Moskva ilə Bakı arasında mehriban qonşuluq münasibətləri çərçivəsində həyata keçirilib. Hesab edirəm ki, tərəflərin bir-birinə deməyə sözü var”, - deyə Naumov bildirib.
Politoloq əlavə edib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması Moskva ilə Bakı arasında əlaqələrin möhkəmlənməsinə töhfə verib. Naumovun sözlərinə görə, bu məsələ xüsusilə Rusiya və Aİ-yə getdikcə yaxınlaşmağa can atan Ermənistan arasında mürəkkəb münasibətlər fonunda vacibdir.

Naumov vurğulayıb ki, Azərbaycan Qərblə münasibətlərdə özünü zərgər dəqiqliyi ilə aparır.

"Məsələ burasındadır ki, İrəvandan fərqli olaraq Bakı etibarlı, proqnozlaşdırılabilən və dürüst tərəfdaş kimi, Azərbaycan Prezidenti İlham Əliyev isə özünü danışıqlar aparıla və iş görülə bilən siyasətçi kimi göstərdi. Ölkələrimiz arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamə Ermənistanın Rusiyanın xarici siyasətində təkcə formal deyil, həm də faktiki olaraq imtiyazlı mövqeyinə son qoydu. Bu, təkcə İrəvanın davranışı ilə deyil, həm də Azərbaycanın layiqli və nəcib davranışı ilə bağlıdır”, - deyə Naumov qeyd edib.

 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
286
2
7news.az

10Mənbələr