Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın "Tu-22M3" tipli bombardmançı təyyarəsini vurduqlarını iddia edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, komandanlıqdan verilən yazılı açıqlamada, Rusiya ordusunun gecə saatlarında 22 növ raket və 14 "Şahed" tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum etdiyi bildirilib.
Açıqlamada, hava hücumundan müdafiə qüvvələri tərəfindən 2 ədəd X-101/Х-555 qanadlı raket, 14 PUA, 11 ədəd X-59/Х-69 tipli idarə olunan raket və 2 ədəd X-22 tipli qanadlı raketin məhv edildiyi bildirilib.
“Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Raket bölmələri Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi ilə birgə ilk dəfə olaraq X-H-nin daşıyıcısı olan Tu-22M3 tipli uzaqmənzilli strateji bombardmançı təyyarəni vurub”, - məlumatda deyilib.
Digər tərəfdən Rusiya Müdafiə Nazirliyi ordunun "Tu-22M3" tipli bombardmançı təyyarəsinin texniki nasazlıq səbəbindən Stavropol bölgəsində qəzaya uğradığını açıqlayıb.
Malik Atilay
Bizi İnstagramda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta