AZ

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı - İstintaq yeniləndi

Bir müddət əvvəl müalicə olunduğu psixatriya xəstəxanasında vəfat edən “Buta Palace”ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. 

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirlən iclasda mərhum müttəhimin anası Gülarə Məmmədovanın hüquqi varis qismində tanındığı elan edilib.

Xatırladaq ki, Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini yaşadıqları evin balkonundan ataraq öldürməkdə ittiham olunur. Bu hadisə 2018-ci ildə baş verib. Taxveliyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib. Lakin təqsirləndirilən şəxs hadisədən sonra anlaqsız vəziyyətdə olduğu təsdiq olduğu üçün məhkəmə istintaqı yarımçıq dayandırılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Taxveli haqda ixtisaslaşdırılmış psixi xəstəxanada məcburi müalicə qərarı qəbul edilib. 

4 il sonra - bu gün iş üzrə məhkəmə prosesi davam edib. 

Sədrlik edən hakim Rasim Sadıxov ilk olaraq mərhum müttəhimin ölüm səbəbini açıqlayıb. Məlum olub ki, R.Taxveli ürəyin işemik xəstəliyindən vəfat edib. 

Prosesin davamında Taxvelinin anasının məhkəməyə gəlmək istəmədiyi barədə ərizə göndərdiyi elan edilib. Onu qanuni nümayəndəsi təmsil edib. 

Tərəflərin razılığı ilə dayandırılmış məhkəmə istintaqı yenilənib. 

İş üzrə baxış iclası mayın 14-ə təyin edilib.

Qeyd edək ki, Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının oğlu idi. Arvadı Adelya Taxveli isə mərhum gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu olub. Adelyanın anası nazirin xalası qızıdır.

Seçilən
127
20
buta.media

10Mənbələr