AZ

ABŞ Senatı Ukraynaya yardım üçün qanun layihələri paketinə səs verdi

ABŞ Konqresinin Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi, əslində onların Kiyevə verilməsini nəzərdə tutan qanun layihələri paketi prosessual səsvermədən keçib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS yazır.

Məlumata görə, səsvermədən əvvəl qanun layihələri üzrə qısa müzakirələr aparılıb. Senatın bu həftə paketi nəhayət təsdiq edəcəyi gözlənilir. Daha sonra imza üçün ABŞ Prezidenti Co Baydenə göndəriləcək.

Bundan əvvəl Bayden Ukrayna Prezidenti Volodimir Zelenskiyə Kiyevə yeni yardım paketinin “sürətli və güclü” olacağını və Senat tərəfindən təsdiqlənən kimi onu imzalayacağını vəd etmişdi.

Aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya təxminən 61 milyard dollar dəyərində yeni yardım paketinin ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Turan İSMAYIL

Seçilən
160
50
redaktor.az

10Mənbələr