AZ

Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Doğru.az xəbər verir ki, bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo, 1 ədəd televizor və 1 ədəd plastikdən ibarət pəncərə qismən yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DOĞRU.AZ

Seçilən
111
24
dogru.az

10Mənbələr