AZ

Türk dünyasının Komitə sədrləri Qarabağa səfər edəcək

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin birinci iclasının iştirakçıları sabah Qarabağa səfər edəcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, iştirakçılar ermənilərin işğal dövründə bu ərazilərdə törətdikləri dağıntıları öz gözləri ilə görəcəklər.

Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisində ilk dəfə Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin birinci iclası keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
50
5
milli.az

10Mənbələr