Rusiya Prezidenti Vladimir Putin may ayında Çinə səfər etməyi planlaşdırdığını açıqlayıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, bu haqda Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) qurultayında çıxış edən zaman danışıb.
“Mən may ayında Çinə səfər etməyi planlaşdırıram”, - dövlət başçısı bildirib.
Qeyd edək ki, Putin dəqiq tarixi açıqlamayıb, lakin göstərilən ayı nəzərə alsaq, bu səfər prezidentin yeni dövründə ilk xarici səfəri ola bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta