Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun“Cəfər Cabbarlı” stansiyasında “Bakı metropolitenində baş verəbiləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda26 aprel 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktikitəlim keçirəcək.
Bu barədə Trend-əNazirlikdən məlumat verilib.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinincəlb olunması nəzərdə tutulur.