Konqo Demokratik Respublikasında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 10 nəfər həyatını itirib.
Yerli mətbuat orqanlarının yaydığı məlumata görə, Ekvator vilayətinin Basankusu qəsəbəsində 2 gün davam edən leysan yağışları daşqınlara səbəb olub.
80 evin dağıldığı, körpü və yolların su altında qaldığı daşqınlar səbəbindən indiyədək 10 nəfər həyatını itirib.
Şəhərdə axtarış-xilasetmə işləri davam edir.
Tropik iqlim qurşağında yerləşən ölkədə vaxtaşırı təbii fəlakətlər yaşanır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta