“Football-plus.az” xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas məlumat verib.
O, La Liqanın Şimali Amerikadakı nüfuzunu artırmaq üçün belə addım atacaqlarını deyib və hazırda ABŞ tərəfi ilə danışıqlar apardıqlarını bildirib:
“Dəqiq olaraq hansı matçların ABŞ-də keçiriləcəyini bilmirəm. Lakin La Liqa mütləq xaricdə belə rəsmi oyunlar təşkil edəcək. Bunu 2025/26 mövsümündə reallaşdırmağı düşünürük. ABŞ-dəkı rəsmi matçlar Şimali Amerika bazarındakı mövqeyimizi gücləndirəcək”.
Xatırladaq ki, ötən yay “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”, “Real Sosyedad” və “Betis” mövsümə hazırlıq prosesini ABŞ-də keçirib.