AZ

“Neftçi” “Turan Tovuz”u məğlub edib - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb - 3:0.

15-ci dəqiqədə Filip Ozobiç hesabı açıb. 31-ci dəqiqədə Yuri Matias, 70-ci dəqiqədə Rəhman Hacıyev penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə qonaqlardan Bruno Qonçalveş birbaşa qırmızı vərəqə aldığı üçün meydandan qovulub.
Qələbə sayəsində xallarının sayını 50-yə çatdıran paytaxt klubu ikinci pilləyə yüksəlib. Tovuz klubu 42 xalla yeddincidir.

Qeyd edək ki, günün ilk matçında “Kəpəz” səfərdə “Qəbələ”yə qalib gəlib - 1:0. Bu gün “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək. Tura aprelin 29-da “Zirə” - “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq. Ötən gün “Sabah” “Səbail”i iki cavabsız qolla üstələyib.
 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
50
bizim.media

10Mənbələr