AZ

Bu ölkələrin prezidentləri Ukrayna ilə bağlı Aİ-yə çağırış etdi

Estoniya, Latviya və Litvanın prezidentləri Alar Karis, Edqars Rinkeviç və Gitanas Nauseda Baltikyanı ölkələrin Avropa İttifaqına (Aİ) daxil olmalarının 20-ci ildönümü ilə bağlı birgə bəyanatla çıxış ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Estoniya prezidentinin mətbuat xidmətindən bildirilib.

Dövlət başçıları Aİ-nin Baltikyanı ölkələrin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Prezidentlər qeyd edib ki, Estoniya, Latviya və Litvanın Aİ-yə üzvlüyünün 20-ci ildönümü Rusiyanın Ukraynaya qarşı müharibə apardığı dövrə təsadüf edir.

Onlar Ukraynaya dəstəyi davam etdirəcəklərini bildiriblər: “Çünki rəsmi Kiyev bu gün demokratik dəyərləri müdafiə edir. 1990-91-ci illərdə Baltikyanı ölkələrdə demokratik seçim sınaqdan keçirildi. Bu gün ukraynalılar, moldovalılar və gürcülər Avropa dəyərləri və Avropa ailəsi uğrunda mübarizə aparırlar. Biz bu ölkələrin tərəfində möhkəm dayanırıq”.

Estoniya, Latviya və Litva prezidentləri Aİ-ni bu ilin iyununda Ukrayna və Moldovanın İttifaqa üzvlük məsələsi ilə bağlı danışıqlara başlamağa çağırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
11
redaktor.az

10Mənbələr