AZ

Göyçayda narkotik təsiri altında maşın sürən şəxs tutuldu - FOTO

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən İ.Əhmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub.

Məhkəmənin qərarı ilə İ.Əhmədovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

Seçilən
137
21
avtosfer.az

10Mənbələr