Bu gün Misli Premyer Liqasında 33-cü tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, turun son matçında "Səbail" öz meydanında "Qəbələ"ni qəbul edib. Mövsümü sonuncu yerdə tamamlayacağı rəsmiləşən "Qəbələ" qələbə qazanıb - 3:2.
6-cı pillədə qərarlaşan "Səbail" isə yuxarı pillələr üçün iddiasını davam etdirir.
6 may
Misli Premyer Liqası, 33-cü tur
19:00. “Səbail” – “Qəbələ" - 2:3
Qollar: Aleksandr Ramalinqom, 17-pen., Pedro Nuno, 40-pen. - Osama Xalayla, 20, 56-pen., Əyyub Allaş, 32
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə
ASCO Arena
Telegram kanalımız