Bu gün keçiriləcək futzal üzrə Azərbaycan Kubokunun final qarşılaşması ilə 2023/2024-cü il mövsümünə yekun vurulacaq.
Arena.az xəbər verir ki, həlledici qarşılaşmada Yüksək Liqanın qızıl və gümüş medalçıları – “Araz-Naxçıvan” və “Baku Fire” komandaları üz-üzə gələcəklər.
Bakı İdman Sarayında baş tutacaq final görüşünə saat 14:00-da start veriləcək.
Xatırladaq ki, “Baku Fire” Azərbaycan Kubokunun ötənmövsümkü qalibidir. “Araz-Naxçıvan” isə 15 ildir bu titulu qazana bilmir.
Azərbaycan Kuboku
Final
7 may
Araz-Naxçıvan – Baku Fire
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 14:00.