“Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”.
Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 8-də Bolqarıstan Prezidenti Rumen Radev ilə mətbuata bəyanatında deyib.
Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırmanın işlərin başlanması üçün gözəl zəmin olacağını vurğulayan dövlət başçısı bildirib:
“Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə eyni zamanda ilin sonunda COP29 konfransında da danışacağıq”.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta