Bakı, 10 may, AZƏRTAC
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə müdafiə sənayesi naziri Vüqar Mustafayev və nazirliyin kollektivi Fəxri xiyabana gedərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sonra oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb.