Konfrans Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, bu nominasiyada “Olimpiakos”un hücumçusu Ayub Əl-Kaabi qalib gəlib. Bu barədə UEFA-nın saytı məlumat yayıb. Əl-Kaabi yarımfinalın “Aston Villa” ilə cavab oyununda komandasının 2:0 hesablı qələbəsində iki qol vurmaqla rol oynamışdı.
O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda digər namizədi – “Fiorentina”nın hücumçusu Kristian Kuameni arxada qoyub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta