AZ

PSJ azarkeşləri Mbappe ilə belə vidalaşdılar: Əvvəl fitə ibasdılar sonra... - FOTO

Fransa Liqa 1-inin 33-cü turunda PSJ "Tuluza"nı qəbul edib.


Referans.az xəbər verir ki, Paris klubunun ulduz hücumçu Kilian Mbappe "Park des Prins" arenasında son matçını keçirib. O, bu görüşdə start heyətdə meydana çıxıb.


Oyun başlamazdan əvvəl stadionun diktoru heyətləri açıqlayıb. Mbappenin adını eşidən azarkeşlər fit çalmağa başlayıb.


Bundan sonra PSJ-nin fan-klublarından biri Mbappenin şəkli olan nəhəng xoreoqrafiya açıb.


Qeyd edək ki, görüş "Tuluza"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Vaxtından əvvəl çempionluğu rəsmiləşdirən Paris klubunun görüşdəki yeganə qoluna məhz Kilian imza atıb./publika.az


Seçilən
166
38
referans.az

10Mənbələr